F-1.az xatırladır ki, amerikalı komanda keçən il 7 Qran Prinin birinci sərbəst yürüşündə trasa ehtiyat və test sürücülərlə çıxmışdı. Amma Günter Ştayner bu proqramın komandaya zərər vurduğunu bildirmişdi.
Günter Ştayner: “Birinci sərbəst yürüşlərdə başqa sürücü ilə iştirak etməyəcəyik. Bəlkə, mövsümün sonunda bir dəfə edərik, amma keçənilki kimi olmayacaq. Bunun komandaya heç bir xeyri yoxdur”.