F-1.az xatırladır ki, Rich Energy dünən zəif performansı səbəb göstərərək, Haas ilə müqaviləyə xitam verdiklərini bildirmişdi. Lakin Haas komandasının rəhbəri Günter Ştayner bu məlumatı təkzib edib: “Rich Energy hələ də Haas komandasının titul sponsorudur. Müqaviləyə görə tərəfdaşlığımızın detallarını açıqlaya bilmərəm”.
Haas ayrılıq xəbərini təkzib edib
Haas komandası sosial şəbəkə üzərindən verdiyi açıqlamada Rich Energy ilə ayrılmadıqlarını bildirib.