F-1.az xatırladır ki, Fiat Chrysler alyansının rəhbəri Sercio Markionne Alfa Romeo brendini Sauber komandası ilə idmana qaytarıb. Növbədə isə Maserati-dir və əksəriyyət düşünür ki, tarixi brend Haas komandası ilə idmana qayıdacaq.
Günter Ştayner: “Alfa Romeo barəsində Sercio bizimlə danışmadı. Amma niyə də yox? Biz danışıqlara açığıq. Əgər bir fikirləri varsa, bununla maraqlanarıq. Amma bu, bizim üçün əsas plan deyil”.