F-1.az xatırladır ki, amerikalılar hazırda 5-ci yer uğrunda mübarizə aparırlar və 5-ci yerdəki Williams komandasından 23 xal geridə qalırlar.
Günter Ştayner: “Amerikaya mövsümün son yeniliklərini aparacağıq və son 4 yarışda var qüvvəmizlə yarışacağıq. Bolidin altlığında bəzi dəyişikliklər etdik və bəzi şeyləri sınaqdan keçirtdik. Ümid edirəm ki, bunlardan gözlənilən performansı alarıq.
Orta qrupda mübarizə yüksək səviyyədədir və proqnoz verə bilmirik. Komandalar bir-birilərinə çox yaxındırlar və belə olanda əvvəldən heç nə demək olmur. Keçən il COTA-də xallar almışdıq. Burada ötmə etmək mümkündür və əlimizə bəzi fürsətlər düşəcək. Bunlardan maksimum istifadə edərək, gözəl xallar ala bilərik”.