Haas 2024-cü il üçün pilotların tərkibi ilə bağlı ilkin qərar qəbul edib

Haas-ın başçısı Günter Ştayner bildirib ki, komanda 2024-cü ilin sonuna qədər sürücü heyətini dəyişmək niyyətində deyil.

F-1.az xəbər verir ki, Kevin Maqnussen və Niko Hülkenberq hazırda Haas-da çıxış edir. Ştayner Motorsport-a müsahibəsində onların nəticələrindən razı qaldığını etiraf edib.

Günter Ştayner: “Sürücü bazarı baxımından biz əlimizdə olan sürücülərdən çox razıyıq. Əlbəttə, biz gələn il üçün sürücü heyətini ən qısa zamanda elan etmək istərdik ki, keçən ilki qədər gözləməli olmayaq”.

Xatırladaq ki, Kevin Maqnussen komanda ilə 2017-2020-ci illər ərzində dörd mövsüm yarışdıqdan sonra 2021-ci ildə F1-də çıxış etməyib. 2022-ci ildə yenidən Haas ilə çempionata qayıdıb və komandanın tərkibində ardıcıl ikinci mövsümünü keçirir. Niko Hülkenberq isə Haas-a keçən ilin sonunda gəlib – Mik Şumaxerin komandadan göndərilməsi 2022-ci ilin sonlarının ən çox müzakirə edilən məsələsi idi.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*