H.Yoaxim Ştuk: Lekler qayıdacaq

Sabiq Formula1 sürücüsü Hans Yoaxim Ştuk bildirib ki, Şarl Lekler tezliklə mübarizəyə qayıdacaq.

F-1.az xatırladır ki, monakolu sürücü il 3 yarışdan sonra cəmi 6 xal toplayıb və iki yarışda mübarizəni vaxtından əvvəl dayandırıb.

Hans Yoaxim Ştuk: “Bu sadəcə bir mərhələdir. İşlər bəzən yaxşı getsə də, bəzən qaydasında olmur. Bu bəxt amilidir. Lekler yenidən mübarizəyə qayıdacaq. Hamımız onun potensialına bələdik. Ona görə narahat deyiləm. Getdikcə güclənəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*