F-1.az xatırladır ki, mövsümün ilk yarışında Maks Ferstappen qalib gəlib, onun komanda yoldaşı Serxio Peres isə ikinci olub.
Hans-Yoahim Ştuk: “Bir şey deməliyəm: Red Bull-un nə qədər irəlidə olduğunu bilmirəm. Üstəlik, mən təsəvvür edə bilərəm ki, Ferstappen hələ bütün potensialı göstərməyib. Bu o deməkdir ki, Red Bull-da göstərdiklərindən daha çoxu var. Ferstappen yarış boyu maşının 100% potensialından istifadə etmək məcburiyyətində deyildi. Komanda harmoniyadadır. Bundan əlavə, Red Bull keçmiş nailiyyətlərə əsaslana bilər”.