F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin sonunda karyerasını bitirərək, Formula1-dən getmişdi. Lakin onun komandası Aston Martin bu il daha güclüdür və ilk 3 yarışda 3 podium əldə edib.
Hans Yoahim Ştuk: “Karyerasını bitirmək qərarını özü verdi. Məncə, inkişafın olacağını görməli idi. Sebastyan özü üçün yeni yol seçdi. Uğurlu sürücü olsa da, yaşam tərzini dəyişməyə və ailəsi ilə vaxt keçirməyə qərar verdi. İndi bunun arxasında durmalıdır. Fettelin yerində olsam, Aston Martin-in uğurlarına sevinərəm, çünki artıq ön qrupda mübarizə aparırlar”.