H.Y. Ştuk: Aston Martin-in Red Bull-a çatmasına hələ var

Sabiq Formula1 sürücüsü Hans Yoaxim Ştuk düşünür ki, Ceyms Krak hər şeyi düzgün edir.

F-1.az xatırladır ki, Aston Martin komandası keçən il Mühəndislər Kubokunda 7-ci olsa da, hazırda ilk 3 yarışda 3 podium qazanıblar və Mühəndislər Kubokunda 3-cü yerdədirlər.

Hans Yoahim Ştuk: “Hazırda orada Alonso var və yaşı ona təsir etmir. Fernando təcrübənin nə qədər vacib olduğunu göstərir. Motivasiyalıdır. Aston Martin də güclü komandadır və Mayk Krak yaxşı işləyir. İşçilərinin potensialına bələddir və komanda doğru yöndə gedir. Nəticələr cəsarətvericidir və daha yaxşı nəticələrə ümidlər var. Yenə də Red Bull-a çatmaqlarına çox var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*