F-1.az xatırladır ki, Red Bull bu il geridən başladığı yarışlarda strategiya hesabına Ferrari-ni qabaqlaya bilib. Son Macarıstan yarışında da Hanna doğru qərarlar verərək, yarışa 10-cu yerdən başlayan Ferstappenə qələbə qazandırıb.
Hanna Şmits: “Bir plana görə işləməyi və hər vəziyyətə qarşı hazır olmağı sevirəm. Ailəmlə bir yerə gedəndə ehtiyacım olan hər şeyi bir gecə əvvəldən hazırlayıram. Bu yarış üçün də keçərlidir. Bütün ehtimalları nəzərə alıb, fərqli ssenarilər üzərində işləyirəm. Gözlənilməz hallarda belə bir planım olur.
Strateq kimi işləməyə başlayandan sonra hər şeyə hazır olmağı və yanaşmamı dəyişdirməyi öyrəndim. Nə qədər çox yarışda iştirak etsəm, o qədər çox təcrübə qazanaram. Bundan başqa meditasiya ilə məşğulam və bunun hesabına yarışın ən gərgin anlarında sakit qala bilirəm. Strateq həmişə sakit qalmalıdır”.