H.Matti Latvala: Daha yaxşı nəticəyə ümid edirdik

Toyota komandasının rəhbəri Hari-Mattti Latvala bildirib ki, İsveç rallisində daha yaxşı nəticəyə ümid ediblər.

F-1.az xatırladır ki, Toyota komandası idmana qayıtdıqdan sonra İsveçdə həmişə güclü olub. Belə ki, onlar sadəcə 2018-ci ildə Hyundai-dan geridə qalmış və ondan sonra keçirilən bütün yarışları qazanmışdılar. Lakin keçən həftə M-Sport-dan Ott Tanak yaponların bu seriyasını sonlandırmışdı. Toyota-dan Kalle Rovanpera isə sadəcə 4-cü ola bilmişdi.

Hari-Matti Latvala: Keçmişdə həmişə sürətli olduğumuz rallidən danışırıq. Burada daha yaxşı nəticəyə ümid edirdik. Lakin ilk gün şərait istədiyimiz kimi olmadı və geridən başlayanlar daha güclü idilər. Geri dönməyə çalışdıq və tempimiz ümid verirdi. Lakin sonda işlərimiz istədiyimiz kimi getmədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*