Helmut Marko: “Red Bull-un yarış həftəsonunu daha maraqlı etmək üçün həmişə müxtəlif ideyaları olub, lakin bu ideyalar indiyə qədər çox da dəstəklənməyib. İndi isə biz Şon Bratçesə təkliflərin siyahısını təqdim etdik və bir saat kimi qısa vaxt ərzində razılığa gələ bildik. Artıq vəziyyət dəyişib – yeni rəhbərliyin məsələlərə tam fərqli yanaşması var. Bundan başqa, artıq biz texniki reqlament, mühərriklər və maliyyə məsələləri ilə bağlı intensiv müzakirələr aparırıq”.
Doktor Marko həm də Yos Ferstappenin komandadakı yeni rolunu təsdiqləyib: “Gənc sürücülərin iştirak etdiyi seriyaların bəzi mərhələləri Formula1 təqvimi ilə kəsişdiyindən mən onlarda iştirak edə bilmirəm. Buna görə də Yosdan bizi həmin mərhələlərdə təmsil etməsini xahiş etdik. Yos gənc və istedadlı sürücüləri izləyəcək. Onun bu sahədə böyük təcrübəsi var – Maksın uğurlarındakı əməyi göz qabağındadır…”