F-1.az xəbər verir ki, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko komandanın pilotlarına xəbərdarlıq xarakterli çıxış edib: “Bizim pilotlarımız barədə proqramlarımız adətən uzunmüddətli olur. Amma bir məsələ var: yaxşı çıxış etməyən gedəcək. Görək Maks necə çıxış edəcək. Çox vaxt 2-ci il debüt ilindən daha çətin olur…”
Rikkardo və Kvyatın hələ də komanda ilə müqaviləsi var. Amma komanda Toro Rosso pilotlarını, xüsusilə də, 18 yaşlı Maks Ferstappeni itirməmək üçün Red Bull-a gətirə bilər…