F-1.az xatırladır ki, Toro Rosso komandası 2006-cı ildən Formula1-də mübarizə aparır və bu müddətdə ən yaxşı nəticələri 2008-ci ildəki 6-cı yer olub.
Bu mövsümün əvvəlində beşinci yeri hədəfləyən italyanlar texniki problemlər və sürücü səhvlərinə görə çoxlu xallar itirdilər.
Helmut Marko: “Toro Rosso komandasına çoxlu pul qoysaq da, xal olaraq bizi razı sala bilmirlər. Sürücülər və komanda səhvlər edir. Texniki problemlər var. Ən sürətli 5-ci bolidə sahib olsalar da, bunu göstərə bilmirlər.
Toro Rosso-nu satmaq üçün yaxşı zaman deyil. Liberty Media bonusların paylaşımını yaxşılaşdıracağını deyib və bu kiçik komandalar üçün əla xəbərdir”.