H.Marko: “Tam gücümüzü gizlədirik”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, reqlamentdəki dəyişikliklər Mercedes-in qarşısını ala bilməyəcək.

F-1.az xatırladır ki, Mercedes son 3 mövsümdə 59 yarışın 51-də qələbə qazanaraq, həm mühəndislər, həm də sürücülər çempionatlarının qalibi olublar. Amma bu il reqlament dəyişir və təkərlərin enlənməsi ilə asfaltayatma qüvvəsinin artması gözlənilir.

Əksər mütəxəssislər bu yeniliklərdən sonra Mercedes-in işinin çətin olacağını düşünsələr də, Helmut Marko bununla razı deyil: “Mercedes mühərriklərinin gücü inanılmazdır. Biz hələki təmkinliyik. Var qüvvəmizlə çıxış edəndə əsl vəziyyəti görəcəyik. Mercedes də eynisini edə bilər”.

Hazırda Ferrari komandası Mercedes-ə daha yaxın görünsə də, Marko bu barədə şərh vermək istəmir: “Nə qədər yanacaq istifadə etdiklərini bilmirəm. Fettel ilk döngədə gec əyləndi və normal şərtlərdə bunu edə bilmərsiniz”.

Marko bildirib ki, ikinci testlərdə boliddə dəyişiklik olmayacaq: “Bolidimiz gözəldir və sürətlidir. Niyə dəyişiklik edək?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*