F-1.az xarırladır ki, Formula1-də artıq büdcə limiti olacaq və komandalar illik 145 milyon dollar pul xərcləyə biləcək. Lakin sürücülərin maaşları bu pula daxil deyil.
Helmut Marko: “İndi texnologiya və komandanın idarəsi üçün büdcə limiti olacaq. Maks Ferstappenin bəlkə də, bu sözlərimdən xoşu gəlməyəcək, amma sürücülərin maaşlarında bir hədd olmalıdır”.
Bəzi iddialara görə Həmilton illik 37 milyon avro qazanır. Ancaq Marko düşünür ki, o, daha çox qazanır: “Bu məbləği yüksəldə bilərik. Burada iki şey var – əvvəl qeyd edilən maaş… Daha sonra isə yarış qələbələri, Dünya Çempionluqları və əlavə bonuslar da var. Ona görə də məbləğ 37 milyon avronu keçir”.