H.Marko sürücülərə bilərək virus yoluxdurmaq istəyib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko sürücülərə bilərək Kovid-19 virusu yoluxdurmaq istəyib.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə mövsümün ilk 8 yarışı ya təxirə salınıb ya da ləğv olunub.

Helmut Marko: “Dörd Formula1 və 8-10 gənc sürücümüz var. Bu fasilədə bir düşərgə yaradıb onlara infeksiya yoluxdurmaq istədik. Bunun üçün ən yaxşı vaxt idi. Hamısı sağlam və güclü uşaqlardır. Belə olan halda yarışlar başlayanda hamıdan güclü olardılar. Virus davam etdiyi halda bizim üstünlüyümüz olardı. Amma bunu müzakirə etdik və qəbul olunmadı. Çünki Maks Ferstappen virusdan çox qorxur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*