F-1.az xatırladır ki, 2021-ci ildən etibarən komandaların 175 milyon dollarlıq büdcə məhdudiyyəti olacaq. Sürücülərin maaşları, marketinq xərcləri və mühərriklə bağlı xərclər bu məbləğə aid deyil.
Bu sahələr hesablanmayanda hazırkı dövrdə böyük komandalar ilə 220-250 milyon dollar xərcləyirlər. Gələcəkdə bu büdcəyə sürücü maaşları daxil edilmədiyi üçün böyük komandalar istədikləri pilotu böyük məbləğlərə heyətlərinə qata bilərlər.
Helmut Marko: “Bolidlərin sürətləri yaxınlaşdıqca sürücülər ön plana çıxacaqlar. Həmilton, Ferstappen və Lekler kimi pilotlar bu vəziyyətdən faydalanacaqlar. Komandaların qarşısına şərtlər qoya və 50 milyon dollar maaş tələb edə bilərlər. Buna görə də sürücü maaşları da büdcə limitinə daxil edilməli idi”.