H.Marko: “Şpilberqdə iki yarış keçirmək olar”

Silverstoun trası bu il ləğv edilən və ya təxirə salınan yarışların əvəzinə bir neçə yarışa ev sahibliyi edə bilər. Helmut Markonun filrincə, Red Bull Rinq də buna hazırdır.

F-1.az xəbər verir ki, Red Bull komandasının idman məsləhətçisi Helmut Marko ehtiyac yaranacağı təqdirdə, Şpilberqdə də əlavə yarışın keçirilməsinin mümkün olduğunu bildirib: “Qısa zamanda yarışa hazır vəziyyətə gətirilməsinin mümkünlüyü Red Bull Rinqin əsas üstünlüklərindən biridir. Biletləri satmaq da çətin olmaycaq – onsuz da bir çox bilet artıq artıq azarkeşlər tərəfindən alınıb.Biz yarışın plana uyğun baş tutub-tutmayacağını, azarkeşlərlə, yoxsa boş tribunalar önündə keçiriləcəyini bilmək istəyirik. Bu suallara hələ cavab verilməyib.

İki yarış qəbul etməyə hazırıq. Bu, Liberty Media ilə müzakirələrdən və digər Avropa ölkələrindəki vəziyyətdən asılıdır. Hadisələrin inkişafını izləyəcəyik, çünki biz Avropada tək deyilik. Vəziyyət yaxşılığa doğru getməsə,ikinci yarışı təşkil etsək də, heç kim gələ bilməyəcək, bu da çıxış yolu deyil. Hər şey düzələcək. Amma nə vaxt – bunu demək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*