F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq və gələcəyi müəmmalıdır. Almaniya mətbuatının verdiyi xəbərə əsasən Red Bull şirkətinin sahibi Diter Mateşiç sabiq sürücüsü Fetteli komandasında görmək istəyir. Ancaq Marko bu iddiaların üstündən birdəfəlik xətt çəkib: “Qəti olaraq deyirəm ki, jurnalistin yazdığı boş söhbətdir. Həm biz, həm də Sebastyan bunu demişik. 2021-ci ildə onunçün yerimiz yoxdur. Ancaq 2022-ci ildə bəzi sürücülərin müqavilələri bitəcək və onda bəzi alternativləri dəyərləndirəcəyik”.
H.Marko son nöqtəni qoyub: Fettel lazım deyil
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Fettelə komandada yer yoxdur.