F-1.az xəbər verir ki, Red Bull-un idman məsləhətçisi Helmut Marko Auto Motor und Sport saytına müsahibəsində iki sürücünü müqayisə edib.
Helmut Marko: “Mövsümün əvvəlində ən böyük problem maşının çox ağır olması idi – hətta indi də biz minimum çəkini üstələyirik. İlk gündən aerodinamika ilə bağlı heç bir problemimiz yox idi. Hər şeyin bu qədər yaxşı olacağına inanmazdım. Maks Avstraliyada “Leklerki ötmək üçün 36 yarış lazımdır” demişdi. Mövsüm ərzində irəliləyişə nail olmaq çətin idi. İnkişaf proqramımızı sürətləndirməli olduq. Səhvlər təhlil edildi, əlavə olaraq keyfiyyətə nəzarəti yaxşılaşdırdıq.
Üstünlük qazanmağımıza nə kömək etdi? Pilot istedadı və maşın sürətinin birləşməsi. Mövsümün əvvəlində Maksın sürüş tərzinə tam uyğun gəlməyən avtomobil olduğu üçün Pereslə onun sürətinin müqayisə oluna biləcəyini görə bilərsiniz. Əgər avtomobil Maksa uyğundursa, yarım saniyə sürətli olur. İndiki vəziyyətdə Serxio ona 1 dövrə uduzur”.