F-1.az xatırladır ki, Avstraliyada cümə sərbəst yürüşləri komandalar üçün müəmmalı keçib. Bəzi komandalarda GPS ilə bağlı problemlər olub.
İkinci sərbəst yürüşlərdə komandalar yarış tempində işləmək istəsələr də, hava şəraitinə görə bu mümkünsüz olub.
Helmut Marko: “Bu gün Peres və Ferstappendə fərqli sazlanmalar yoxladıq. İndi isə Peresin sazlanması yönündə işləməyə qərar verdik. Beləliklə, bolidi balanslı etmək üçün daha çox asfaltayatma qüvvəsinə sahib olacağıq.
Sürətli olsaq da, bolid çox aqressivdir. Maksın daha çox asfaltayatma qüvvəsinə ehtiyacı var. Ancaq bizi həyəcanlı yarış gözləyir. Alonso sürətli görünür. Çempionatda bizdən 14 xal geridə qalır. Bu fərq çox azdır”.