F-1.az xatırladır ki, Maks Ferstappen İspaniya Qran Prisindən etibarən Red Bull komandasında Daniil Kvyatı əvəz edəcək.
Helmut Marko: “Daniil bu il özünü təzyiq altında hiss edirdi. Keçənilki performansını göstərə bilmirdi. Keçən il çox güclü idi, amma bu il Rikkardodan 0.3-0.5 saniyə geridə qalırdı.
Qeyri-stabil idi. Enişli-yoxuşlu qrafiklə gedirdi. Bəzən Çindəki kimi güclü idi. Bu qeyri-sabitlik onun üzərində təzyiq yaratdı. Soçidəki qəza da bundan irəli gəlir.
Biz onu Toro Rosso-ya göndərdik ki, yenidən öz istedadını göstərə bilsin. Biz istəmədik ki, Roman Qrojanın keçmişdə etdiyi kimi hər yarış qəzalar etsin.
Ferstappen və Sayns yola getmirdilər. Həm bu problemi həll etdik, həm də Kvyatı komandada saxladıq. Toro Rosso-nun güclü potensialı var. Toro Rosso bir sürücünün özünü göstərməsi üçün əla orta qrup komandasıdır”.