F-1.az xatırladır ki, Saynsın adı keçən il Ferrari, Renault və Mercedes komandaları ilə hallansa da, Horner 22 yaşlı sürücünün getməsinə icazə verməmişdi.
Helmut Marko isə gənc sürücü barədə bunları deyib: “Karlos ilə uzunmüddətli müqaviləmiz var. Mercedes-in yaşadığı son hadisələrdən sonra ehtiyat sürücüyə sahib olmağın vacibliyini gördük. Əgər Red Bull-dakı sürücülərdən biri problem yaşasa, onları Karlos Sayns əvəz edəcək. Ona çox dəyər veririk.
Toro Rosso yeni mövsümdə Renault mühərriklərindən istifadə edəcək. Bu il onlardan yaxşı nəticələr gözləyirik. Mühəndislər Kubokunda beşliyə düşsələr, əla olar. Ceyms Ki kimi bir mühəndis və iki keyfiyyətli sürücünüz varsa, hər şey asan olar. Əminəm ki, uğurlu olacaqlar”.