H.Marko: Şayiələri bəlkə də Alonso özü yayır

Bu yaxınlarda İspaniya mətbuatında Fernando Alonsonun meksikalı həmkarı Serxio Peresi Red Bull-da əvəz edə biləcəyi ilə bağlı şayiələr yayılıb.

F-1.az xəbər vermişdi ki, ispan sürücü özü bu xəbərləri təkzib edib. Lakin Red Bull-un idman məsləhətçisi bu şayiələrin mənbəyinin Fernandonün özünün ola biləcəyinə işarə vurub.

Helmut Marko: “Bütün bu söz-söhbətlər havadan yaranıb. Kristian Hornerlə mən bir neçə dəfə demişik ki, Peres gələn il bizimlə olacaq. Nəticələrdən asılı olmayaraq. Onun müqaviləsi var və biz ona sadiq qalacağıq!

Alonso ilə bağlı şayiələrə gəlincə, Fernandonun onları özü başlatdığını yaxşı təsəvvür edə bilərəm, çünki onun Aston Martin ilə son nəticələri mövsümə parlaq başlanğıcdan sonra arzuolunandan çox uzaqdır. Bu, belə vəziyyətlərdə İspaniya mediasından istifadə etdiyi ilk hal deyil.

Bir daha demək istəyirəm ki, bizim yalnız idman məqsədlərimiz var. Qalan bütün yarışlarda qalib gəlmək və Serxio Peresin ikinciliyini qorumaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*