F-1.az xatırladır ki, avstraliyalı sürücünün müqaviləsi ilin sonunda bitəcək, lakin “güləyən” pilot müqavilə uzatmaq üçün komandasının performansına baxmaq istəyir.
Helmut Marko: “Daniellə aram yaxşıdır. Deyəsən, karyerasında ilk dəfə komanda yoldaşından geridə qalacağını anlayır. Buna görə də daha güclü olmağa çalışır. Danieli çox sevirik və qalmasını istəyirik. Amma yeni müqavilə hər iki tərəf üçün əlverişli olmalıdır”.