H.Marko: Rikkardo Peresə görə gəlmədi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Rikkardonu Peresə təzyiq yaratmaq üçün gətirməyiblər.

F-1.az xatırladır ki, Red Bull komandası Rikkardonu üçüncü sürücü kimi komandaya qaytarıb. Əksəriyyət isə bunun Peresə təzyiq göstərmək üçün olduğunu düşünür.

Helmut Marko: “Serxio yüksək səviyyədə yarışır. Maks geridə olanda Peres mübarizəyə qoşulur və bu il iki yarış qazandı.

Danielin gəlişi ilə Serxioya təzyiq yaratmaq istəmirik. Lakin sürücü dəyişsək, bizim yenə də yaxşı bir pilotumuz olacaq.

Bundan başqa düşünün. Biz böyük komandayıq. Ən çox sponsor bizdədir. Bu isə o deməkdir ki, əksər ölkələrdə şou yürüyüşləri etməliyik. Bu gülərüz və yaraşıqlı Rikkardodan başqa kim edə bilər?”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*