H.Marko: “Rikkardo getdikdən sonra heç nə əvvəlki kimi olmadı”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniel Rikkardo ayrıldıqdan sonra komandadakı şən əhval-ruhiyə yox olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2018-ci ilin sonunda gözlənilmədən Red Bull-dan ayrılmış və Renault-ya transfer olunmuşdu. “Bal porsuğu” ləqəbli sürücünün yoxluğunda Red Bull komandası Maks Ferstappenlə yaxşı xallar qazansa da, ikinci sürücü cəhətdən çox əziyyət çəkmişdi. Nə Qaslı, nə də Elbon istənilən performansı göstərə bilməmiş və nəticədə “qırmızı öküzlər” Mühandislər Kubokundakı ikincilikdən olmuşdu.

Helmut Marko: “Daniel olsaydı, Mühəndislər Kubokunda ikinci yeri tutardıq. Renault-nu seçəndə komandadakı hər kəs şok keçirdi. O, sürətli pilotdur və həmişə yaxşı nəticələr qazanıb. Əlbəttə, onun zarafatları üçün də darıxırıq. Məsələn, Qaslinin xarakteri fərqlidir və buna görə də komandada əyləncə qalmadı. Xüsusilə də Barselona testlərindəki ikinci qəzası ona çox pis təsir etdi. Çünki qəza edərkən bütün yeni detallar boliddə idi. Buna görə də əksər yenilikləri ləğv etməli olduq. Maksın sürətli olduğunu qəbul edə bilmirdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*