F-1.az xatırladır ki, avstraliyalı sürücü gələn ildən Renault-da yarışacaq və iki ilə 40 milyon avroya yaxın maaş alacaq.
Helmut Marko: “Heç bir səbəb yox idi. Dördüncü gün oturmuşdum. Rikkardo mənə zəng edib danışmaq istədiyini dedi. Bir az danışandan sonra dedi ki, gələn il Red Bull-da olmayacaq. Bütün karyerasını burada keçirtiyini və dəyişiklik etmək istədiyini dedi. Həyatının 10 ilini bizimlə keçirdi. Biz bir ailə kimiyik və hər ailədə olduğu kimi fərdlər dəyişiklik istəyib ayrıla bilərlər. İndi Maksa komanda yoldaşı axtaracağıq”.