F-1.az xatırladır ki, Daniel Rikkardo 3-cü yarışda artıq 2-ci mühərriyə keçib.
Helmut Marko: “Mövsüm ərzində cəza alacağımıza əminəm. Sadəcə bu cəzalar doğru trasda olmalıdır. Nəticədə bəzi traslarda ötmə etmək daha asan olur. Bu traslarda cəza alsaq, yenidən yüksəlmək daha asan olacaq. Ümid edirəm ki, Siril Abitebul da bu mövzu üzərində işləyir. İlk 3 yarışda bir neçə problem yaşadıq və belə davam etsək, mövsümün sonunda rekord cəzalar alacağıq. Hazırda fransızlarla çətinliklər yaşayırıq. Ümid edirəm ki, etibarlılıq problemini tezliklə həll edərlər. Belə olan halda çempionluq üçün şansımız ola bilər”.