F-1.az xatırladır ki, Renault illər ötdükcə inkişaf edir. Keçən ili 6-cı yerdə başa vuran fransızların builki əsas hədəfi podiuma yüksəlməkdir.
Helmut Marko: “Məncə, bəzi yarışlarda Mercedes və Ferrari ilə mübarizə aparacağıq. Hesablamalarımıza görə üç komanda çox qabaqdadır və onlardan sonra Renault gəlir. Digər komandalardan çox qabaqdadırlar. Biz isə liderlərə keçənilkindən daha yaxınıq. Mercedes yenə hegemondur. Güc qurğumuz keçənilkinə nisbətən güclüdür. Məncə, bəzi traslarda Mercedes-i geridə qoya bilərik”.