H.Marko: “Renault düz eləmədi”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Renault-nun pis davranışlarına görə onlarla müqaviləni uzatmayıblar.

F-1.az xəbər verib ki, “qırmızı öküzlər” 12 illik mühərrik tərəfdaşı Renault-dan imtina edərək, Honda ilə müqavilə bağlayıblar.

Xatırladaq ki, Renault şirkəti Fransa yarışından sonra cavab gözləsə də, Red Bull yeni mühərriklə bağlı qərarını Avstriya yarışından sonra vermək istəyirdi.

Helmut Marko: “Əslində qərarımızı Fransadan sonra açıqlamaq istədik. Amma Renault şirkəti bizə ultimatum verdi. Bizim də başqa şansımız yox idi. Hondanın Kanadadakı yenilikləri Toro Rossonu hər dövrə 0.3 saniyə sürətləndirdi. Texniki və maliyyə cəhətdən də Honda ilə müqavilə bağlamaq yaxşı oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*