F-1.az xatırladır ki, Ədrian Nyui bir neçə gün əvvəl bildirmişdi ki, 2016-cı ildə komandadan qələbə uğrunda mübarizə gözləmir.
Amma Helmut Marko belə düşünmür: “RB12 Red Bull-un indiyənə kimi düzəltdiyi ən güclü şassidir. Düzdür, biz Ferrari-nin yanacaq yükünü və mühərriyinin hansı gücdə olduğunu bilmirik.
Biz hələ də bütün gücümüzü ortaya qoymamışıq, amma buna baxmayaraq bolidimiz yaxşıdır və sürətlidir. Biz gün ərzində sazlamalarda bir neçə dəyişiklik etdik və bolid bu dəyişikliklərin hamısına müsbət cavab verdi.
Son iki ildəki vəziyyətimizə baxanda, bu qədər çox dövrə atmaq bizə yad olan haldır”.
Renault komandasından Remi Taffen də mühərrik barədə danışıb: “İnkişaf edə bilərik. Doğru yoldayıq. Bəzi problemimiz oldu, amma nə edəcəyimizi bilirik”.