H.Marko: Qoşa yarışlar ola bilər

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2020-ci il Formula1 mövsümü 22 yarışdan ibarət olacaq və bəzi yarış həfətsonlarında qoşa yarış keçirilə bilər.

F-1.az xatırladır ki, Formula1 üzrə 2020-ci il mövsümümnün ilk 7 yarışı təxirə salınıb. Yeni təqvimin isə necə olacağı hələ də müəmmalıdır. Hələ də bəzi yarışlar ləğv edilə və ya təxirə salına bilər. Hazırda Formula1 rəhbərliyi müxtəlif variantları müzakirə edir.

Helmut Marko: “Plana görə, bizi gərgin yay proqramı və dekabra qədər yarışmaq gözləyir. 18 yarışlıq təqvim olmalıdır. Müxtəlif və daha əvvəl istifadə edilməyən variantları müzakirə edirik. Məsələn, cümə günü sərbəst yürüşlərin olmaması və yarış həftəsonunun iki gün ərzində keçirilməsi… Bundan başqa bəzi traslarda qoşa yarışlar ola bilər. Bu variantı da müzakirə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*