F-1.az xatırladır ki, Red Bull komandası yay tətilində ilk 12 yarışda zəif performans göstərmiş Qaslini göndərərək, yerinə debütant Aleksander Elbonu gətiriblər. Helmut Marko bu qərarın səbəbini açıqlayıb: “Qaslinin tradikdə problemləri var. Yer itirir və ötmə etməklə arası yoxdur. Reaksiya göstərməli idik və Aleksə fürsət verdik. Aleks mövsümün sonuna kimi bizimlə olacaq və Qasli yenidən Toro Rosso-ya qayıdacaq. Daha sonra gələn il Maksın komanda yoldaşının kim olacağına qərar verəcəyik.Aleks bu il yaxşı performans göstərir və boliddən maksimumu alır”.
H.Marko: “Qasliyə reaksiya göstərməli idik”
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Pyer Qaslinin zəif performansına reaksiya vermək qərarına gəliblər.