F-1.az xatırlaıdr ki, fransalı sürücünün adı Alpine ilə hallanır, amma Helmut Marko onun müqaviləsi olduğunu və heç bir yerə getməyəcəyini demişdi.
Qeyd edək ki, Qaslinin Red Bull ilə müqaviləsi 2023-cü ilin sonunda bitəcək. Marko isə onun məhz müqavilə bitdikdən sonra sərbəst olacağını deyir: “Qasli 2019-cu ildə Macarıstanda Maksdan bir dövrə geridə qalmışdı.
İndi isə hərtərəfli sürücü olub və özünə inanır. Amma Maksa qarşı nə edə bilər, onu bilmirəm. Simulyatora baxıb bunu anlamaq mümkün deyil. Məsələn, bu barədə bir hekayə danışım: Rudi van Buren Porsche Supercup-da mübarizə aparır. 100 kilodur və 190 sm boyu var. Simulyator yarışlarında Ferstappeni məğlub edir. Lakin o Formula1 maşınına sığa bilməz və sığsa da, yaxşı yer tutammaz. Simulyator da yaxşıdır və davamlı təkmilləşir. Amma orada təzyiq yoxdur. Bəzən də zehni cəhətdən problem olur. Çox sürətli olan, amma sıralanma turunda geri qalan pilotlar var. Peres elə sürücülərdəndir və həmişə problemi bu olub.
Peresin müqaviləsi var və buna görə qasli Red Bull-a gələ bilməz. 2024-cü ildə Qasli azad agent olacaq”.