H.Marko: “Qaslidən üzr istəməliyik”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Avstraliyada etdikləri axmaq səhvə görə Qaslidən üzr istəməlidirlər.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Avstraliyadakı sıralanma turunun ilk sessiyasında bir dövrə vuraraq ikinci sessiyaya keçməyi planlaşdırmışdılar. Amma sonradan zaman nəticələrinin yaxşılaşması Avstriya təmsilçisinə baha başa gəlib. Belə ki, Ferstappen 10-cu yeri tutaraq, ikinci sessiyaya keçdiyi halda, Qasli ondan 0.144 saniyə geri qalaraq 17-ci olub.

Helmut Marko: “Strateqlər ikinci cəhdin nə qədər qazandıracağını bilmədiklərini dedilər. Onların axmaq səhvinə görə Qaslidən üzr istəməliyik”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə günahı müəyyən qədər Qaslidə görüb: “Qasli ilk cəhdində Maks kimi sürətli ola bilmədi. İkinci sessiyaya keçmək üçün bir cəhdin bəs edəcəyini düşündük. Ancaq mümkün olmadı. İndi ikinci cəhdə çıxmaq lazım idi demək asandır. Mən inanıram ki, Qasli sabah gözəl yarış keçirəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*