F-1.az xatırladır ki, fransalı sürücü karyerasının 6-cı yarışında 4-cü olaraq Toro Rosso və Honda ortaqlığının ilk xallarını qazandırıb. Bu nəticə Honda mühərriklərinin qayıtdıqdan sonra ən yaxşı nəticəsi olub.
Helmut Marko: “Bu nəticə onu yetişkin etdi. Bu dördüncülük ona mükafatdır. Sürücülərimizə bonus sistemi var və bu, onu daha da sevindirəcək. Bu nəticəni belə tezliklə gözləmirdim. Dördüncülük inkişafın göstəricisidir. Bizim hədəfimiz bu idi. İndi olmasa da, mövsümün ortasında belə olmalı idi”.