H.Marko: “Qasli səhvi özündə axtarmalıdır”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Pyer Qasli günahı özündə axtarmalıdır.

 

F-1.az xatırladır ki, fransalı sürücü keçən mövsümə Red Bull komandasında başlasa da, bərbad performans göstərmiş və Macarıstan yarışından sonra yenidən Toro Rosso -ya qaytarılmışdı.

Helmut Marko: “Formula1-dən danışırıq. Neçə min sürücü Formula1-ə gəlmək istəyir bilirsiniz? Qasli isə zirvədəki bir komandadan orta qrup komandasına keçir. Hələ dünyanın ən yaxşı seriyasında yarışır və hələ də pul qazanır. Qasli bunu əvvəl başa düşmədi, amma indi anlayır. Toro Rosso-ya qayıtdıqdan sonra əvvəlki Qasli oldu. Bunun səbəbi isə Toro Rosso-nu sürməyin daha asan olmasıdır. Orada təzyiq də azdır. Ancaq günah özündədir. Red Bull-a gəldikdən sonra sadəcə bir hədəf görürdü – Maks Ferstappen. Maksın daha sürətli olduğunu və özünü təkmilləşdirməli olduğunu qəbul edə bilərdi. Ancaq tərzini dəyişib fərqi bağlamaq istədi və bunlar səhv idi.

Onu da deyim ki, psixoloji cəhətdən çox güclüdür. Belə anlarda psixologiyanın vacibliyini anlayırsınız. Kvyatdan fərqli olaraq Qasli bunu daha yetişkin formada qarşıladı. Toro Rosso-ya keçdikdən sonra belə güclü olacağına inanmazdım. Red Bull-dakı altı ayda çox şey öyrəndi. Gələcəkdə mükəmməl sürücü ola bilər.

Barselonadakı mövsümöncəsi testlərdə qəza etdi. İkinci qəza bizim üçün çox ciddi idi. Çünki o zaman bolidin üstündə hələ məlumat toplaya bilmədiyimiz detallar var idi. Test proqramımız bu qəzadan təsirləndi. Pis başlanğıc oldu. Bir ara düzəlmişdi və mövsümü onunla bitirəcəkdik. Lakin Macarıstanda zəif performans göstərdi və Maksdan bir dövrə geri qalırdı. Daha sonra isə bu dəyişikliyin olacağı qətiləşdi. Bu barədə əvvəlcə Frants Tosta dedim. Sonra özünə məlumat verdim. Xoşbəxt deyildi və qərarı qəbul edə bilmirdi. Xoşbəxt deyildi. Ancaq podium təsiredici idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*