F-1.az xatırladır ki, fransalı sürücü mövsümün ilk yarısında Red Bull komandasında çıxış etmiş və ən yaxşı nəricəsi Britaniyada qazandığı dördüncülük olmuşdu. Buna görə də Avstriya təmsilçisi yay tətilində Qaslini bala komanda olan Toro Rosso-ya göndərmiş və yerinə Aleksander Elbonu gətirmişdi.
Helmut Marko: “O, özünə gəldi və hazır biz əsl Pyeri görürük. Biz həmişə ona inanmışıq. Bu nətivə onunçün yaxşıdır. Əgər Toro Rosso-ya qayıtmasaydı, özünə gələ bilməzdi”.
Helmut Marko gənc sürücü proqramından razıdır: “Maks mükəmməl idi. İnanılmaz ötmələr etdi. Elbon da təmasdan əvvəl əla yarışırdı. Bu nəticələr proqramın işlədiyini göstərir. Növbəti mövsüm üçün həyəcanlıyıq”.