H.Marko: “Qasli bu il çox səhv etdi”

Pyer Qasli il ərzində GP2-də yaxşı performans göstərsə də, son yarışlarda liderliyi əldən vermiş və buna görə də Formula1-də yarışmaq şansını itirmişdi.

F-1.az xatırladır ki, Qaslinin gələn mövsümdən etibarən Daniil Kvyatı əvəz etməsi gözlənilirdi. Amma Red Bull rusiyalı sürücü ilə yenidən birillik müqavilə imzalamışdı.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Qaslini nəyə görə seçmədiklərinə aydınlıq gətirib: “Aşağı seriyalara baxsanız, vəziyyətin nə qədər pis olduğunu görərsiniz.

Avtoidman çox təhlükəlidir. Bunun olmasını istəmərəm, amma bəzən zədələr, bəzən də xəstəliklər üzə çıxır. Belə olan halda isə Toro Rosso komandasında güclü sürücülərimiz var.

Bundan başqa gələn ildən etibarən Toro Rosso-nun Renault mühərriyinə keçməsi bizim üçün vacib idi. Güclü bolidləri olacaq. Bu da o deməkdir ki, Red Bull-un tərkibində 4 yüksək səviyyəli sürücü olacaq.

Qasli hələ cavandır və bir az da gözləyə bilər. GP2-də çempion olmalı idi. Heyif ki, böyük səhvlər etdi və bu şansı əldən verdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*