F-1.az xatırladır ki, Avstriya təmsilçisi ilk yarışlarda istədikləri nəticələri ala bilməsə də, mövsümün 5-ci yarışında Ferstappenlə axır ki, qələbə qazanıb.
Helmut Marko: “Bolid hələ də istədiyimiz kimi olmasa da, onu təkmilləşdiririk. Aerodinamik boru və CFD-dən aldığımız məlumatları tras üzərində görmürük, amma ora yaxınlaşırıq. Əsas problemi həll etmişik və bir neçə kiçik problem qalıb.
Silverstounda o qədər güclü idik ki, Mercedes bolidi limitlərdə sürməli oldu. Sıralanma turunda isə Mercedes çox güclüdür və bu qəribə hala söz tapa bilmirəm”.