F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istəyib. Komandası isə meksikalı sürücüyə söz verib ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib. Bundan sonra Horner Peresdən üzr istəyib.
Helmut Marko: “İki sürücü arasındakı problem həll olundu. Hamı sakitdir. Maks Əbu Dabidə Peresin çempionatda ikinci olması üçün hər şey edəcək. Əbu Dabi üçün planımız var. Danışdıq və hər şeyi həll etdik”.