H.Marko pozitiv düşünür

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2023-cü il üçün pozitiv düşünür.

F-1.az xatırladır ki, Red Bull komandası 2021-ci ildə büdcə limitini aşdığı üçün 7 milyon dollar pul cəzası və aerodinamik boruda 10 faiz daha az işləmə cəzası alıb.

“Qırmızı öküzlər” 2022-ci ildə Dünya Çempionu olduğu üçün onsuz da aerodinamik boruda hamıdan az işləyəcəkdi. Bu cəza ilə onların işi lap çətin olacaq.

Helmut Marko: “Əlbəttə, aerodinamik boruda işləyəcəyimiz saatlar azalır. Buna görə də komanda olaraq daha çox işləməliyik. Sınadığımız hər şey bizi inkişaf etdirməlidir. Yaxşı ki, gələn il elə də böyük dəyişikliklər yox idi. Bizim paketimizin bünövrəsi yaxşıdır.

Komanda uğur üçün əlində gələni edir və Maks daha da güclənir. Yeni mövsümə başlayanda pozitivik. Biz həmişə bolidimizi sona qədər inkişaf etdirmişik. Bolidin də konsepti hazırdır. Yenə çempion ola bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*