H.Marko: Portimao Mercedes trası idi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Portimao əsl Mercedes trası olub.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Portuqaliyada həm poul, həm də yarşıı qazanıblar. Bundan başqa Lyuis Həmilton trasda Ferstappeni keçərək ona rahatlıqla fərq ata bilib və karyerasındakı 97-ci qələbəni əldə edib.

Helmut Marko: “Bura Mercedes trası olsa da, əla yarışdır. Doğru yöndə inkişaf edirik. Medium təkərlərlə sürətli görünsək də, Maks 14-cü döngədə səhv elədi və Həmilton onu keçdi. Mercedes Hard təkərlərdə güclü idi. Barselona da buraya bənzəyir. Ümid edirəm ki, orada da mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*