F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə qələbə ilə başlayıblar. Onlar Ciddədə də ən sürətli komanda kimi görünürlər.
Helmut Marko: “Performansımızdan razıyıq və boliddə düzgün sazlanmaları tapdıq. Təkər seçimi barədə isə bir az qərarsızıq. Yarış üçün ən yaxşı təkərləri seçməliyik. Buna görə də yarış tempində Ferstappenlə Peresi fərqli təkərlərdə sınadıq”.