F-1.az xəbər verir ki, bununla belə, Red Bull-un idman məsləhətçisi hamını sakitləşdirməyə tələsib və əmin edib ki, heç nə Serxionun komandadakı yerini təhdid etmir.
Helmut Marko: “Bunların hamısı cəfəngiyatdır. Serxionun komandadakı yeri heç vaxt təhlükə altında olmayıb, indi də deyil. O, bu il üçün qarşımıza qoyduğumuz məqsədlərə nail olmaqda mühüm elementdir. Biz fərdi hesabda birinci və ikinci yerləri tutmaq və Mühəndisrlər Kubokunda ən qısa zamanda qələbəyə zəmanət vermək istəyirik.
Monako və İspaniyada kifayət qədər zəif çıxış etdikdən sonra Serxioya diqqətini işinə yönəltməli olduğunu xatırlatdım. Əlindəki imkanlardan istifadə etmədi. Serxio çox güclü rəqiblə eyni komandada çıxış edir, onu qabaqlamaq çox çətindir. Bunu etmək təkcə onun üçün deyil, digər sürücülər üçün də çətin olar.
Buna görə də Serxio diqqətini özünə cəmləməli və Maksdan irəli keçməyə ümidsizcəsinə çalışmamalıdır. Maks üçün işlər yaxşı getməyəndə, orada olmalıdır. Barselonadakı uğursuz təsnifatdan sonra Serxionun yaxşı yarışı düzgün istiqamətdə atılan ilk addım idi”.