H.Marko: Peres üzərində işləməlidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki. Serxio Peres sıralanma turunda zəif cəhətlətini düzəltməlidir.

F-1.az xatırladır ki, Britaniyadakı sıralanma turunun ilk sessiyasında asfaltla ilişmə az idi və tras yaş idi. Buna görə də tras qızdıqca nəticələr təkmilləşirdi. Peres sessiyanın bitməsinə 2 dəqiqə qalmış pis dövrə vurmamışdı, amma nəticələr sürətlə təkmilləşdiyi üçün meksikalı sürücü 16-cə olub və ikinci sessiyaya qala bilməyib.

Bu, meksikalı sürücünün ardıcıl 5-cı sıralanma turu uğursuzluğu olub. Çeko sonuncu dəfə Mayamidəki sıralanma turunda son sessiyaya qalmışdı.

Bütün çətinliklərə baxmayaraq, Red Bull komandası sürücüsünün arxasında duracaq.

Helmut Marko: “Peres sıralanma turunda yaşananları nəzarətə altına almalıdır. Yarış tempi yaxşıdır. Özü də bu trasda rəqiblərə çatmaq asandır. Şansı var. Sıralanma turunda isə özünün zəifliyinə və tez-tez yaşanan problemlərə görə geridə qalır. Bunun üzərində işləməlidir. Biz də bunun üzərində işləyəcəyik, çünki bir sürücümüz ən öndə olduğu halda, digərinin 16-cı yeri tutması doğru deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*