H.Marko: Peres təkərləri tez öldürdü

Red Bull şirkətinin idman direktoru Helmut Marko bildirib ki, Peres Əbu Dabidə təkərləri tez öldürüb.

F-1.az xatırladır ki, meksikalı sürücü mövsümün son yarışı Əbu Dabiyə ikincilik üçün gəlsə də, Leklerdən geri qalmış və mövsümü üçüncü yerdə bağlamışdı.

Helmut Marko: “Maksla 15, ümumilikdə 17 qələbə qazandıq. Çempionatı bir və üçüncü yerlərdə bağladıq. Buna görə şikayətçi deyilik.

Çempionatda ilk iki yeri tuta bilərdik, amma Peres son yarışda təkərləri tez öldürdü. Nəticədə onu planlaşdırdığımızdan tez pitə çağırmalı olduq. Öndəki sürücülər arasında təkərlərini ən tez o yedi. Lekler isə təkərlərini gözlədiyimizdən daha yaxşı qorudu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*