H.Marko: Peres belə qəzalar etməməlidir

Serxio Peres Red Bull-un idman məsləhətçisi tərəfindən sıralanma turundakı qəzasına görə tənqid edilib.

F-1.az xatırladır ki, dünən burada həftəosnunun ən həlledici sessiyası hesab edilən sıralanma turunun ilk hissəsində qəza edən Çeko yarışa son sıradan başlamalı olacaq. Markonun fikrincə, belə səhvlərə yol vermək olmaz.

Helmut Marko: “Peres belə qəzalara düşməməlidir. Belə bir maşının sükanı arxasında, təsnifatın birinci hissəsində mübarizəni tərk edə bilməzsiniz. Axmaq səhvdir. Bəlkə çempionluq haqda çox fikirləşib?

Maks əla sıralanma turu keçirdi və poulun sahibi oldu. Son cəhddə o, Alonsodan 0.2 saniyə geri qalanda heç nəyin alınmayacağını düşünürdük, amma üçüncü sektor bizim güclü tərəfimizdir. Maks maşını imkanları çərçivəsində mükəmməl idarə edirdi”.

Xatırladaq ki, Peres keçən il burada qalib gəlmişdi. Hazırda sürücülər çempionatında komanda yoldaşından az xal fərqi ilə geri qalır və ikinci yerdədir. Lakin Maks bu gün yarışı üst sıralarda başa vurarsa, sürücülər çempionluğu uğrunda son intriqanın da öləcəyini deyə bilərik. Çünki dar Monako küçələrində yüksəlmək meksikalı üçün heç də asan olmayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*